Sənə şükr edirəm, Ey mənim Allahım! Sən məni yuxudan oyatdın, yoxluğumdan aşkara çıxardın və qəflətimdən qaldırdın. Mən bu səhər oyanmışam və Sənin əlamətlərini qəbul edərək, Kitabına iman gətirərək, Sənin ipindən möhkəm yapışaraq üzümü Sənin qüvvət və əzəmət səmalarını nurlandırmış Zühur Günəşinin şəfəqlərinə çevirmişəm.
İradənin qüdrətinə və istəyinin nüfuzuna and verirəm, yuxuda mənə göstərdiklərini Sənin sevimlilərinin ürəklərindəki məhəbbətinin sarayları üçün möhkəm bünövrə eylə və Sənin fəzl və inayət nişanələrinin aşkar olması üçün ən gözəl vasitə eylə.
Uca Qələminlə, İlahi, bu dünyanın və o biri dünyanın xeyr-bərəkətini mənə yaz. Şəhadət verirəm ki, bütün şeylərin cilovu Sənin əlindədir. Sən onları istədiyin kimi dəyişdirirsən. Səndən başqa Allah yoxdur, Güclü və Vəfalı.
Əmri ilə zilləti izzətə, zəifliyi gücə, acizliyi qüdrətə, qorxunu sakitliyə, şübhəni yəqinliyə çevirən Kəs Sənsən. Səndən başqa Allah yoxdur, Qüdrətli, Rəhmli.
Səni axtaranı Sən məyus etmirsən, nə də Səni arzulayanı uzaq tutursan. Sənin səxavət səmana və kəramət dəryana yaraşanları mənə qismət eylə. Həqiqətən, Sənsən Müqtədir və Ən Qüvvətli.
-Bəhaullah
Səhər Duaları
Səhər Duaları