Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Bu Sənin bəndəndir ki, Sənin fəzlinin əllərindən mərhəmət şərabını içdi və Sənin günlərində Sənin məhəbbətinin dadını bildi. Səni and verirəm, Sənin adlarının mücəssəmələrinə, o kəslər ki, Sənin sevgində sevinclərinə və nəzərlərini Sənin üzünə dikmələrinə kədər mane ola bilməz və o kəslər ki, qafillərin qoşunları Sənin razılıq yolundan onları döndərməkdə acizdir - ona Sənin malik olduğun xeyirləri nəsib eylə və onu elə zirvələrə qaldır ki, bu dünyaya o, bir göz qırpımından da tez yox olan bir kölgə kimi baxsın.
Daha sonra, Ey mənim Allahım, sonsuz əzəmətinin gücü ilə onu Sənin bəyənmədiyin bütün şeylərdən hifz eylə. Sən, həqiqətən, onun Rəbbi və bütün aləmlərin Rəbbisən.
-Bəhaullah
Hifz Duaları
Hifz Duaları
-
Sən O Kəssən ki, Ey Allah, qüdrətinin gücü ilə mənə həyat vermisən
-
Sonsuz əzəmətinin gücü ilə Sənin bəyənmədiyin bütün şeylərdən hifz
-
Öz bəndələrini və kənizlərini, İlahi, şəkk-şübhə oxlarından hifz eylə
-
Məhəbbət ipindən tutaraq evdən çıxdım və özümü Sənin hifz və
-
Ey mənim Rəbbim, Sənin xəbərdar olduğun bütün bəlalardan məni hifz
-
Mənə ziyan vurmaq istəyən və dərd-bəla istəyənlərin şərindən qoru
-
Göydə və yerdə və onların arasında olanların qoşunlarının gücü ilə hifz e
-
Nəfs və ehtirasın şərinə qarşı Öz mömin bəndələrinə sipər ol
-
Nəfs və ehtirasımın hiyləsindən məni qoru, hər cür xəstəlik, sınaq, çətinlik