top of page
paz-arando-HyBpjfyBQoo-unsplash.jpg

Ey Allah, mənim Allahım! Mənim üçün inqita piyaləsini doldur və Sənin cəlal və ehsan məclisində Öz məhəbbətinin şərabı ilə məni xoşhal eylə. Məni ehtiras və həvəsin hücumlarından qoru, bu rəzil dünyanın qandallarından məni azad et, məni heyranlıqla Öz uca səltənətinə cəzb eylə və mələklər arasında Sənin müqəddəslik nəfəsinlə məni təravətləndir.

İlahi, Öz bəxşişlərinin işığı ilə mənim üzümü parlat, Sənin hər şeyi tabe edən qüdrətinin nişanələri ilə gözlərimi işıqlandır; hər şeyi saran elminin nuru ilə mənim ürəyimi xoşhal eylə, qəlbimi təravətləndirən böyük şadlıq müjdələrilə sevindir, Ey bu dünyanın və Mələkutun Sultanı, Ey səltənət və qüdrət Hökmdarı, ta ki, mən Sənin əlamət və nişanələrini yaya bilim, Əmrini bəyan edim və Təlimlərini ucaldım, Qanununa xidmət edim, Kəlamını yüksəldim.

 

Sən, həqiqətən, Qüvvətli, Həmişə Bəxşedən, Qadir və Güclüsən.

-Əbdül-Bəha Abbas

Dünyaya Bağlanmamaq

Dünyaya Bağlanmamaq

11. İnqita piyaləsini doldur və Sənin ehsan məclisində Öz məhəbbətinin şərabı ilə məni

bottom of page