Sübhansan Sən, Ya Rəbb, mənim Allahım! Şükr edirəm Sənə, çünki məni qabil etdin ki, Zatının Məzhərini tanıyım və Sənin düşmənlərindən məni ayırdın, Öz günlərində mənim gözüm qarşısında onların bəd əməllərini və şər işlərini açdın, onlara olan bütün bağlılıqlardan məni qurtardın, məni tamamilə Öz fəzlinə və bol nemətlərinə doğru döndərdin. Yenə Sənə şükr edirəm ki, Öz iradə buludlarından məni imansızların eyhamından və kafirlərin kinayəsindən pak edən şeyləri nazil etdin və beləcə mən ürəyimi Sənə bağladım və Sənin üzünün nurunu dananlardan uzaqlaşdım. Yenə də Sənə şükr edirəm ki, Sənin məhəbbətində sabit olmaqda, Səni tərif etməkdə və sifətlərini ucaltmaqda mənə qüvvə verdin, görünən və görünməyən hər şeyi saran mərhəmətinin piyaləsindən mənə içirdin.
Sən Qüdrətli, Ən Uca, Ən Cəlallı, Ən Mehribansan.
-Bəhaullah
Şükr və Minnətdarlıq
Şükr və Minnətdarlıq
-
Məni qəm-qüssədən, xəstəlikdən, və acizlikdən Öz kəramət sularınla pak
-
Nə zaman Səni zikr etməyə cəhd edirəm, özümü Sənin məqamının
-
Hikmətin qarşısında aqillər aciz qaldılar. Elmin qarşısında ariflər öz
-
Şükr edirəm Sənə, çünki məni qabil etdin ki, Zatının Məzhərini tanıyım
-
Bütün hökmranlıq və nur, ehtişam və cəlal Sənin üzərinə olsun